XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO

22-04-2026, 16:01           
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Ötən gün paytaxtın Nəriman Nərimanov metrosu yaxınlığında avtomobillə motosiklet toqquşub.

Motosikletin sahibi, Bakıda kuryer fəaliyyəti ilə məşğul olan Ceyhun Quluzadə "Unikal"a açıqlamasında hadisənin detallarını açıqlayıb:

"Nərimanov rayonunda 99-HZ-003 dövlət qeydiyyat nişanlı "Land Rover Discovery" markalı avtomobilin sürücüsü mənim motosikletimi vurdu. Nəticədə motosikletə ziyan dəydi, benzin çəni partladı. Nəticədə yanacaq yerə dağıldı. Motosikletimi vuran sürücü mənə dəyən ziyanı ödəmək istəmədi. Ondan heç olmasa, yanacağın pulunu verməsini tələb etdim. Lakin o, bunu da yerinə yetirmədi.

Əvəzində isə mənə hədə-qorxu gəlməyə başladı. Daha sonra isə ərazidən uzaqlaşdı", - deyə zərərçəkən şəxs bildirib.

Əldə etdiyimiz məlumata görə, qəzanı törədən şəxs, 99-HZ-003 nömrəli avtomobilin sürücüsü Xarici İşlər Nazirliyinin Təşkilat-nəzarət idarəsinin rəisi Həsən Dilsuz oğlu Məmmədzadədir.

O, XİN-də idarə rəisi təyin olunmazdan əvvəl Azərbaycan Respublikasının Litva Respublikasındakı, daha sonra isə Tacikistandakı səfiri olub. 2021-ci ildə isə səfir vəzifəsindən azad edilib və XİN-dəki vəzifəsinə təyinat alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru