Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"

Bu gün, 16:26           
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) sensasiya hadisə baş verib. Manset.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Qurbanov Orxan Ənvər oğlu öz soyadını dəyişib. Onun bu addımı qurumun əvvəlki rəhbəri Vüqar Qurbanovla qohum olduğu üçün atdığı iddia edilir.

Onun soyadını dəyişərək Ənvərli etməsi öz vəzifəsini qoruması ilə əlaqələndirilib.

Məsələ ilə bağlı Manset.az xəbər portalı adıçəkilən Orxan Qurbanovla əlaqə saxlayıb. O, məlumatı təsdiqləyib:

“Mən soyadımı dəyişə bilmərəm? İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun. Ona görə dəyişib atamın adını götürmüşəm".

Daha sonra əməkdaşımızın “soyadınızı Vüqar Qurbanovun məsləhəti ilə dəyişmisiniz?” sualına isə cavab verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru