Sahildə ev tikənlərə xəbərdarlıq: Ciddi təhlükə var? - “Xəzərin məkanına girmək olmaz” VİDEO

Bu gün, 09:34           
Sahildə ev tikənlərə xəbərdarlıq: Ciddi təhlükə var? - “Xəzərin məkanına girmək olmaz” VİDEO
Son illər Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur.

Coğrafiya elmləri doktoru Əmir Əliyev bildirib ki, Xəzərdə suyun artıb-azalması onun “həyatının” əsas göstəricisidir.

Onun sözlərinə görə, dənizin su balansı əsasən daxil olan və çıxan suların nisbətindən asılıdır: suyun təxminən 80%-i çaylar və yerüstü axınlar, həmçinin yağıntılar və yeraltı sular hesabına formalaşır.

Azalma isə daha çox buxarlanma hesabınadır. Mütəxəssislər qeyd edirlər ki, Xəzər dənizində suyun artıb-azalması təxminən 200 ildən bir baş verir və son illər azalma daha çox müşahidə olunur. Bunun isə təxminən 2050-ci ilə qədər davam edəcəyi gözlənilir. Həmin tarixdən sonra isə prosesin əksini müşahidə edə bilərik.

Əmir Əliyev dənizin sahilində ev və ya hər hansı obyekt inşa edənlərə suyun səviyyəsinin artıb-azalmasını nəzərə almağı məsləhət görür. Çünki həmin tikililər bir müddət sonra su altında qala bilər.

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru