Masazır kəndində ANTİSANİTAR VƏZİYYƏT: “Çirkab sular açıq şəkildə əraziyə axır”

9-06-2026, 00:04           
Masazır kəndində ANTİSANİTAR VƏZİYYƏT:
Abşeron rayonunun Masazır kəndində, “Perla Mebel Evi”nin arxasında yerləşən ərazidə ciddi kanalizasiya problemi yaşanır.

Çirkab sular uzun müddətdir açıq şəkildə əraziyə axır. Nəticədə ətrafa kəskin qoxu yayılır, antisanitar vəziyyət yaranır və bu da ərazidə yaşayan insanların gündəlik həyatına mənfi təsir göstərir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvan Abşeron rayonu Masazır kəndində “Qotur göl” adlanan ərazidir.

“Aramsız yağan yağışlar göldə suyun səviyyəsinin artmasına və suların göl ərazisində pərakəndə və qeyri-qanuni salınan yaşayış məntəqələrinə axmasına səbəb olub. Subasma halları xüsusilə göl ərazisində plansız şəkildə inşa olunan evlərdə daha çox müşahidə edilib. Aidiyyəti qurumların iştirakı ilə dəfələrlə əraziyə baxış keçirilib. Gölün səviyyəsinin aşağı salınması istiqamətində işlər görülüb, hazırda da suyun kənarlaşdırılması istiqamətində işlər davam etdirilir”, – deyə açıqlamada bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru