İş yerində rəhbərinizin sizi tükəndirdiyinə dair 3 əlamət

Bu gün, 17:24           
İş yerində rəhbərinizin sizi tükəndirdiyinə dair 3 əlamət
Bəzən iş yerində tükənmişlik (burnout) həddindən artıq işləməklə əlaqələndirilir. Lakin yeni araşdırmalar göstərir ki, problemin kökündə hər zaman iş yükü dayanmır.

Ekspertlərin fikrincə, təşkilati problemlər və zəif idarəetmə işçilərin emosional tükənməsində mühüm rol oynayır.

Valyuta.az xəbər verir ki, "Fast Company"də dərc olunan məqalədə bunun əsasən idarəetmə problemlərindən qaynaqlandığı bildirilir.

Gallup-un araşdırmasına görə, iş yerində özünə qarşı ədalətsiz davranıldığını düşünən əməkdaşların burnout yaşamaq ehtimalı digər işçilərlə müqayisədə 2,3 dəfə yüksəkdir. Ekspertlər qeyd edirlər ki, işçilər uğurun necə ölçüldüyünü bilmədikdə və prioritetlər tez-tez dəyişdikdə emosional yorğunluq artır.

Məqalə müəllifi, Hily və Taimi şirkətlərinin həmtəsisçisi Ceyk Viqnan tükənmişliyin üç əsas səbəbini sadalayır: qeyri-müəyyən gözləntilər, qərarların gecikməsi və lazımsız iş prosesləri.

Onun sözlərinə görə, əməkdaşlar işlərinin nəticə verdiyini hiss etmədikdə motivasiyalarını itirirlər.

Müəllif hesab edir ki, süni intellekt təkrarlanan tapşırıqları azalda bilər, lakin burnout-un kök səbəblərini aradan qaldırmaq rəhbərlərin və şirkətlərin üzərinə düşür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru