Obyektləri qıfıllanan sahibkarların narahatlığı: Sənədlər təftiş olunur - VİDEO

Dünən, 09:11           
Obyektləri qıfıllanan sahibkarların narahatlığı:
Nərimanov rayonu, Təbriz küçəsi, 95 ünvanında aparılan təmir işləri ilə əlaqədar fəaliyyəti dayandırılan xırda ticarət obyektlərinin sahibləri çətin vəziyyətlə üzləşiblər.

Obyektləri boşaldılaraq qıfıllansa da, aradan keçən iki ay ərzində sahibkarlara onların gələcək taleyi barədə məlumat verilməyib.


"Problemimiz və kreditlərimiz var. Hamımızın dolanışığı bu ticarətdən asılıdır. Başqa qazanc yerimiz yoxdur. Ancaq indi işləməyimizə imkan vermirlər, obyektləri bağlayıblar. Hansı quruma müraciət ediriksə, "gözləyin, cavab veriləcək" deyirlər. Nə vaxt və hansı qərarın veriləcəyi bilinmir. Gələcəyimizlə bağlı çox narahatıq", - sahibkarlardan biri Baku TV-yə söyləyib.

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə təsdiq olunmuş layihəyə uyğun olaraq abadlıq işlərinin aparılması nəzərdə tutulub və hasara alınan iaşə obyektlərinin söküləcəyi dəqiqdir.

Sahibkarları narahat edən suallara gəldikdə isə İcra Hakimiyyətindən qeyd olunub ki, onların sənədləri təftiş olunduqdan sonra müvafiq qərar qəbul ediləcək və sahibkarlara cavab veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru