Bakıda qanunsuz parklanma yeri salan Xalq artisti və ya axı kim edib bunu VİDEO

8-06-2022, 00:01           
Bakıda qanunsuz parklanma yeri salan Xalq artisti
Bu gün sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanan Nəsimi rayonundakı parklanma yerinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığı məlum olub.

Gununsesi.info xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb.

Modern.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova ilə əlaqə saxlayıb.

Ş.Məmmədova illərdir jurnalistlərə qarşı sərgilədiyi mövqeyi bu dəfə də qorumağı bacarıb.

Xalq artisti kobud cavab verərək, “Mən məşğulam, nə istəyirsiniz məndən? Hər şeyi bilirəm, sakit olun”, – deyib və telefonun dəstəyini asıb.
Parklanma yeri ilə bağlı araşdırma videosu burda:
https://www.facebook.com/100022914244542/videos/435948838343901/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru