Səfəvi sarayının Ən Təhlükəli peşəsi məhz bu idi: “Öncə Sən Ye” vəzifəsi
Bu gün, 08:04
Tuşmalbaşı Səfəvi sarayındakı vəzifələrdən biridi. Şahın və digər əyanların təamlarını dadan, zəhərli olub-olmadığını, eləcə də dadını yoxlayan xidmətçilərə tuşmal deyilirdi. Onların başçısı tuşmalbaşı şahın süfrəsinə aparılan təamlara nəzarət edirdi. Şah müqəddəs sayıldığından onun süfrəsindən artıq qalan yeməkləri tuşmalbaşı bəzən təbərrük kimi satırdı. I Şah Abbasın zamanında II Zeynal xan Bəgdilü-Şamlu (vəf. 1630) sarayda tuşmalbaşı vəzifəsini icra etmişdir. "Qızılbaş ebsiklopediyası" Milli Kimlik