TƏCİLİ! ABŞ İranda əməliyyatlara başladı - Zərbələr endirilir! - VİDEO
Bu gün, 00:15

Oman körfəzində ABŞ və İran qüvvələri arasında gərginliyi pik həddə çatdıracaq daha bir hərbi insident qeydə alınıb. ABŞ dəniz piyadaları blokada qaydalarını pozmaqda şübhəli bilinən İran bayraqlı gəmiyə hərbi basqın təşkil edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi bəyanat yayıb.
Bəyanatda bildirilir ki, ABŞ-ın 31-ci dəniz piyada ekspedisiya dəstəsinin hərbçiləri Oman körfəzində İran limanına doğru hərəkət edən və ABŞ-ın dəniz blokadasını yarmağa cəhd göstərməkdə şübhəli bilinən “M/T Celestial Sea” kommersiya neft tankerinə göyərtədən məcburi daxil olublar. Amerika hərbçiləri gəmidə genişmiqyaslı axtarış və yoxlama apardıqdan sonra heyətə dəniz marşrutunu və kursunu dərhal dəyişmək əmri verib və yalnız bundan sonra tankerin hərəkətinə icazə verilib.
CENTCOM bəyanatında xüsusi olaraq vurğulayıb ki, ABŞ Silahlı Qüvvələri İrana qarşı tətbiq edilən dəniz blokadasının tam və qəti şəkildə təmin olunması prosesini davam etdirir. Son əməliyyatla birlikdə, blokada tələblərinin yerinə yetirilməsi məqsədilə indiyədək ümumilikdə 91 kommersiya gəmisinin hərəkət istiqaməti məcburi olaraq dəyişdirilib.

