Sami kökənli xalqların Türk Subar elinin qərbində qurduğu ilk qurumu, Ebla dövləti m.ö 3-cü minillik.
Bu gün, 08:54
E.ə. 4-cü minilliyin ortalarında Cənub-Şərqi Ərəbistandan Suriyaya köçmüş sami mənşəli qədim xalq olan eblalılar tərəfindən əsası qoyulmuşdur. Eblalılar eblayt dilində danışmış və bu dil semit dil qrupuna aid olmuş. Eblayt dili akkad dili ilə bir çox oxşarlığa malik idi.[2] Ebla əhalisi Qədim Mesopotamiya, Elam və Misir ərazisində məskunlaşmış şumerlilərlə sıx ticari və siyasi əlaqələr saxlamışdır. E.ə. 3-cü minilliyin ikinci yarısı Eblanın yüksəliş dövrü olmuşdur. E.ə. XIV əsrdə Qədim (Akkadlı) Sarqon, XIII əsrdə isə Naram-Suen [e.ə. 2238-2202] tərəfindən işğal edilmişdi. III Ur sülaləsinin hökmranlığı dövründə (e.ə. 21 əsr) mühüm rol oynamışdır. Ehtimal ki, e.ə. 3-2-ci minilliklərin ayrıcında amorilər tərəfindən dağıdılmışdır. E.ə. 2-ci minilliyin əvvəllərində zəif bir dövlət kimi Yamhadın (mərkəzi Hələb) tabeliyində idi. Təqribən e.ə. 1600-cı ildə hett çarı I Mursili tərəfindən qəti olaraq darmadağın edilmişdir. Təvəkgül Nəbioğlu TEREF