“Uzaq sahillərdə” filminin çəkilişi zamanı həbs edilən, sovet rejimi əleyhinə təbliğat aparan, milyonlarla pərəstişkarı olan qalmaqallı aktyor.

Bu gün, 07:14           
“Uzaq sahillərdə” filminin çəkilişi zamanı həbs edilən, sovet rejimi əleyhinə təbliğat aparan, milyonlarla pərəstişkarı olan qalmaqallı aktyor.
Bu gün qalmaqallı aktyor Lev Bordukovun (1913-1967) anım günüdür. 1943-cü ilə qədər İkinci Dünya müharibəsində iştirak edir, ancaq ağır yaralanıb, ordudan tərxis olunur. Bir qədər sonra həbs olunur və antisovet təbliğatı ilə məşğul olduğu üçün Sibirə sürgün edilir.
Azadlığa çıxandan sonra Çelyabinsk, Tambov Dram teatrlarının aktyoru olur. 1956-cı ildə faşizmə qarşı mübarizədən bəhs edən "İtkin düşmüş" filmində fransız partizan roluna çəkilir.
Filmi izləyən 35 milyondan çox tamaşaçı aktyorun vurğununa çevrilirlər. Bundan sonra Tofiq Tağızadə aktyoru “Uzaq sahillərdə” filmində Karranti roluna dəvət edir. Çəkilişlər zamanı aktyor tez-tez içki içir, bununla da həbsdə olduğu müddətdə gördüklərinin və yaşadıqlarının ağrısını boğmağa çalışır. Bir dəfə isə xəstəliyini əsas gətirərək çəkilişə gəlmir.

Filmdə "Mixaylo"ya xəyanətinə görə Karranti ilə görüşəndə çox vacib epizod çəkilməli idi. Tofiq Tağızadə belə ekstremal vəziyyətdə təcili olaraq ikinci rejissor Rüfət Şabanova makiyaj edərək onu arxadan və profildən çəkir. Lev çəkilişə gələndən sonra isə onunla yaxın planlar lentə alınır. Alkoqola aludəliyi aktyoru bir neçə dəfə həbsə doğru aparır.
Bu yenə də “Uzaq sahillərdə” filminin çəkilişi zamanı baş verir. Bordukov "zarafat" etmək qərarına gəlir. O, poçt işçisini aldadaraq, filmin rejissoru Teymur Hüseynova bu məzmunda teleqram göndərir: “Əgər aktyorlara pul verməsən, “Qara pişik” bandası məsələyə qarışacaq”.
Bu teleqramdan sonra Teymur Hüseynov polisə gedir, poçt işçisi saxlanılır. O, nə qədər and-aman etsə də ki, bu xahişi ondan filan aktyor edib, ona inanmırlar.
Bordukovun son rolu 1967-ci ildə Rauf Kazımovskinin "Poçt qutusu" filmində məhkəmə sədri olur. Elə həmin il, mayın 18-də, 54 yaşında vəfat edir.
Anar Tağıyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru