“Vogue” jurnalının keçmiş baş redaktorunu kuryer velosipedlə vurub

8-06-2022, 10:44           
“Vogue” jurnalının keçmiş baş redaktorunu kuryer velosipedlə vurub
“Vogue” and “Interview” jurnallarının keçmiş baş redaktoru Alyona Doletskayanı Moskvanın mərkəzində kuryer elektrik velosipedi ilə vurulub. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.


“İyunun 6-da tibb müəssisəsindən polisə zəng daxil olub ki, onlara bədən xəsarətləri ilə qadın daxil olub. Zərərçəkənin dediyinə görə, Kropotkinski zolağında naməlum şəxs onu elektrikli velosipedlə vurub. Polis əməkdaşları hadisənin təfərrüatını araşdırır”, - deyə idarədən bildirilib.

“Baza” “Telegram” kanalının məlumatına görə, jurnalist klinikaya yerləşdirilib və bədənində qançırlar, əlində sınıq olduğu diaqnozu qoyulub.

Mənbə: Moslenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru