““Bayatılar” ikimizin də mahnısıdır, durub dava salaq?” - Vahid Əzizdən Eldar Mansurova

28-11-2025, 10:20           
““Bayatılar” ikimizin də mahnısıdır, durub dava salaq?” - Vahid Əzizdən Eldar Mansurova
Ötən gün xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov saytımıza açıqlamasında “Bayatılar” mahnısından danışıb. O bildirib ki, “Bayatılar” sözünə görə yox, musiqisinə görə dünyada tanınır.
Şeirin müəllifi xalq şairi Vahid Əziz bəstəkarın bu sözlərinə Moderator.az vasitəsilə cavab verib:
“Bu mahnı ikimizin mahnısıdır. Mən şeir yazmışam, Eldar musiqi bəstələyib. Nə tək mən deyə bilmərəm ki, mahnı mənimdir, nə də o deyə bilməz. Burada başqa nə söz lazımdır ki? Eldar deyib-deyib də. İndi duraq dava salaq ki, kim yazıb, kim yazmayıb? Burada ikimizin də əməyi var. Həmçinin oxuyub ifa edən müğənninin də. Gərək bunu da danmayasan. Mahnı ikimizindir”, - deyə xalq şairi bildirib.
Vahid Əziz daha sonra bildirib ki, mahnıdan təkcə bəstəkar yox, şair də qazanc əldə etməlidir:
“Şairin haqqı var ki, pul qazansın. O da yaşamalıdır. Bəstəkarın da haqqı var. Amma bizdə bir az bu mövzular qaydaya salınmalıdır. Türkiyədə bu iş çox gözəl nizamlanıb, ümid edirəm ki, bizdə də düzələcək. Müəllif qonorarı ilə bağlı yeniliklər olmalıdır”, - deyə xalq şairi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]