"Paramount" "Netflix"ə qarşı: "Warner Bros." üçün 108 milyard dollarlıq təklif verildi

9-12-2025, 16:38           
"Paramount" "Netflix"ə qarşı:
Hollivudun "Paramount" kinostudiyası "Warner Bros. Discovery"ni səhm başına 30 dollardan 108 milyard dollar nağd pula almağı təklif edib.

Oxu.Az xəbər verir ki, bu barədə CNBC məlumat verib.

Təklif "Netflix" videoservisinə cavab olaraq irəli sürülüb. Belə ki, "Netflix" "Warner Bros."u səhm başına 27,75 dollara almağa hazırlaşır.

"Biz Uoll-Stritdəyik, burada hələ də pul hökm sürür. Biz səhmdarlara "Netflix"dən 17,6 milyard dollar daha çox təklif edirik və inanırıq ki, onlar hazırkı təklifimizi görəndə məhz ona səs verəcəklər", - deyə "Paramount Skydance" şirkətinin baş direktoru Devid Ellison bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]