Aysel bu qərarı ədalətsizlik adlandırdı

15-12-2025, 15:34           
Aysel bu qərarı ədalətsizlik adlandırdı
Xəbər verdiyimiz kimi, "Uşaq Avroviziya 2025” mahnı müsabiqəsinin qalibi Fransa təmsilçisi Lou Deleuze "Ce Monde” mahnısı ilə olub.

Axşam.az-ın məlumatına görə, "Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə bununla bağlı paylaşım edib. Aysel qərarı haqsızlıq adlandırıb.

O, Azərbaycan təmsilçisi Yağmura səslənərək "Gözəl çıxışına görə təşəkkür edirəm. Ədalətsizlik hökm sürür" sözlərini yazıb.

Qeyd edək ki, yarışmada Azərbaycan təmsilçisi Yağmur Nəsrullayeva 66 xal toplayaraq 15-ci olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru