Türkiyədə narkotik istifadəçisi qardaşını və onun üç övladını doğrayıb

22-08-2016, 15:51           

Türkiyənin Ədirnə vilayətində bir ailənin 4 üzvü qətlə yetirilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, narkotik istifadəçisi olan Fəyyaz D. qardaşını və onun 3 azyaşlı övladını kərki ilə öldürəndən sonra meyitləri doğrayıb. İzi itirmək üçün isə evi yandırıb.

Məlumata görə, qətl törədən şəxsin böyük qardaşı Bülənd D. də narkoman olub. Onlar birlikdə narkotik vasitə qəbul etdikdən sonra aralarında mübahisə yaranıb. Mübahisə zəminində Fəyyaz D. qardaşı ilə onun 12 yaşlı qızı Büşra, 9 yaşlı oğlu Ərtoğrul və 3 yaşlı oğlu İsmayılı qətlə yetirib, evi tərk edib. Evdən tüstü çıxdığını görən qonşular yanğınsöndürənlərə xəbər veriblər. Yanğının qarşısı vaxtında alındığından meyitlər yanmayıb və hadisənin üstü açılıb. Fəyyaz D. tezliklə yaxalanıb.

Bildirilir ki, uşaqların anası ərinin narkoman olması səbəbindən bir müddət əvvəl evi tərk edib. Buna görə uşaqların Uşaq evinə göndərilməsinə hazırlıq gedirmiş.

Məlumata görə, hadisənin baş verdiyi məhəllədə narkotik vasitələr açıq şəkildə satılır. Dəfələrlə müraciət olunmasına baxmayaraq, polis orqanları lazımi tədbirlər görmür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru