Dünya tarixçiləri türklərin bu coğrafiyaya ayaq basmasını Səlcuqlu Toğrul bəyin Rəvvadilər (mərkəzi Təbriz) və Şəddadilər (mərkəzi Gəncə) dövlətlərinə son qoyması ilə tarixləndirirlər.

8-01-2026, 15:04           
Dünya tarixçiləri türklərin bu coğrafiyaya ayaq basmasını Səlcuqlu Toğrul bəyin Rəvvadilər (mərkəzi Təbriz) və Şəddadilər (mərkəzi Gəncə) dövlətlərinə son qoyması ilə tarixləndirirlər.
1054-cü ildən hesabladıqda bu, cəmi 971 il edir. Lakin 1998-ci ildə Hakkaridə tapılan 13 ədəd, təxminən 3500 il yaşı olan balbal tarixi qarışdırdı.
Son Tunc dövrünə aid olan bu stellər başlarında papaq, əllərində kurqan qabları, bellərində kəmər və xəncərlə təsvir edilib.
Dünya tarixçiləri təxminən 25 il ərzində bu stelləri Assuriya və ya Urartu mədəniyyətinə aid hesab etsələr də, sonradan üzərindəki dini ayinlərin, silahların və geyim üslubunun onlardan tamamilə fərqli olduğu ortaya çıxdı və nəticədə onların proto-türklərə aid olduğu qəbul edildi.
Araşdırmalar göstərdi ki, bu balballar Güney Azərbaycanın Meşkinşəhr bölgəsində tapılan balbalların davamıdır. Eyni zamanda üzərlərindəki xüsusiyyətlər və silahlar bu gün Qazax, Gədəbəy, Xocalı və Yardımlıda aşkar edilən kurqan tapıntıları ilə tam uyğunluq təşkil edir.
Bu faktlar proto-türk bəyliklərinin çox erkən dövrlərdə Quzey və Güney Azərbaycan ərazilərindən Anadoluyadək uzanan geniş bir coğrafiyada mövcud olduğunu göstərir.
Beləliklə, dünya tarixinə baxdıqda görürük ki, müəyyən qəliblər formalaşdırılıb. Gücü və təsir imkanları olanlar öz tapıntılarını önə çəkərək istədikləri tarixi yazıblar.
Soruşanda bu coğrafiyada hər kəs “yerli”, hər kəs “aborigen” sayılır. Amma ortada türklərdən daha qədim və bu qədər sistemli arxeoloji iz buraxmış başqa bir mədəniyyət faktiki olaraq yoxdur.
Bu tapıntıları dünya elminə tanıdan və onların Azərbaycanla Orta Asiya mədəniyyəti ilə bağlılığını sübut edən arxeoloqlardan biri Prof. Dr. Veli Sevindir. O, bu stelləri Monqolustan və Sibirdəki “Marallı daşlar” və kurqan heykəlləri ilə müqayisəli şəkildə təhlil edib.
Prof. Dr. Aynur Özfırat isə stellərin Azərbaycan ərazisində: Meşkinşəhr, Qazax və digər bölgələrdə tapılan arxeoloji materiallarla əlaqəsini elmi əsaslarla ortaya qoyub.
Orxan Atabəy
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]