Türkiyədə qar uçqunu: ölənlər var – Əhali buradan çıxarıldı

2-01-2026, 00:06           
Türkiyədə qar uçqunu: ölənlər var – Əhali buradan çıxarıldı
Türkiyədə qar uçqunu: ölənlər var - Əhali buradan çıxarıldı

Artvində qar uçqununun altında qalan daha bir çobanın cəsədi çıxarılıb.

Məlumata görə, 2 nəfərin axtarışları davam etdirilir.

***14:07

Türkiyənin Van şəhərinin Çatak rayonunda qar uçqunu baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Hadisədə bir nəfər həlak olub, bir nəfər xəsarət alıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 22 ev boşaldılıb, sakinlər məktəb yataqxanalarına yerləşdirilib. Hadisə yerində axtarış və bərpa işləri davam edir.

Hadisə barədə çoxsaylı sakinlər məlumatlandırılıb və xilasedici briqadalar bölgəyə yönləndirilib.

Qeyd edək ki, ötən gün ölkənin Artvin vilayətində 3 çoban qar uçqunu altında qalıb, onlardan birinin cəsədi tapılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]