Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

2-01-2026, 07:34           
Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib
Türkiyə Çin vətəndaşları üçün viza tələbini birtərəfli qaydada ləğv edib.

Çin mediası xəbər verir ki, yanvarın 2-dən qüvvəyə minəcək qərara əsasən Çin vətəndaşları ümumvətəndaş pasportu ilə turizm və tranzit məqsədilə Türkiyəyə vizasız səyahət edə biləcəklər. Onlar 180 günlük zaman intervalında 90 günədək Türkiyədə qala bilərlər.

Qeyd edək ki, Türkiyəyə səyahət edən xarici turistlər arasında çinlilərin sayında böyük artım var. 2024-cü ildə Türkiyəyə səfər edən Çin turistlərinin sayı əvvəlki illə müqayisədə 65 faiz çoxalaraq 410 min nəfərə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]