ABŞ-ln istəyilə Mehtərlikdən şahlığa dartılan Pəhləvilərin ən maymağı… 1979-da ailəsilə ölkəsindən qaçan, illərdir ABŞ-a sığının bu kukla inanır ki, Ağ Ev onu İranda taxt-tac sahibi edəcək.
3-01-2026, 08:44

Bir yandan da başının ətini 90-na varsa da iqtidar hikkəsi ölməyən anası Fərəh yeyir.
Babası, atası kimi nəhəng bir ölkəyə necə bir bəla gətirəcəyini dərk etmir. Ölkəsindən, toplumdan o qədər qopuqdur…
ABŞ onu bir neçə ildir dövriyyəyə buraxlb. Ardıcıl izləyirəm. Bölgədən, İranın içərisindən o qədər xəbərsizdir ki, bəzən heyrət edirəm. Hətta ABŞ onu konkret konspekt versə belə, ölkə rəhbərliyinə iddialı şəxs onu yerəl tələblərə uyğunlaşdırıb səsləndirməzmi? Onu da bacarmır. O qədər bəsirətsizdir…
Son prezident seçkisi İranda söz sahibinin, siyasəti şəkilıəndirən kəsimin türklər olduğunu çox açıq şəkildə ortaya qpydu. Azərbaycanın qatılmadığı seçkidə vətəndaş iştirakı 10 faizi keçmədi. Yəni, seçkiyə 10 seçicidən yalnız 1-i gəldi. Rejim türk Pezeşkiana MƏCBURƏN meydan verəndən sonra seçkinin ikinci turunda Azərbaycanın hesabına proses canlandı - türklər bütün İrana prezident seçdilər, siyasətin ürəyinin hər zamankı kimi Təbrizdə döyündüyünü sübut etdilər. Türk başqanla İran dəyişməyə başladı…
Bu kuklanın atası Təbriz başda bütün Güney Azərbaycanı dəfələrlə qan gölündə boğub. 30 min türkü qırıb, minlərlə insanımız ağır repressiyalardan keçib. Təbriz heç nəyi unutmayıb. “Şah” sözü gələndə türkün yumruğu düyünlənir orda. Bu elə bilir, uçağa minib Tehrana ensə, molla rejimindən bezən hər kəs onu bağrına basılacaq. Molla-şah məsələsinin kənar əmrlə deyil, ÖZ iradəsilə etiraz edən kəsim üçün eyni qəpiyin iki üzü olduğunu dərk eləmir. O qədər gerizəkalıdır…
Farslar günlərdir türklərə yalvarır - səsimizə səs verin, iqtisadiyyat çökür, siz çökmürsüz, deyə. Təbriz “yox, Baba” deyib halını pozmadan təsbehini çevirir. Fars bölgələrində qan axır, Təbriz seyr edir. Üstəlik türk başqan Pezeşkian “vətəndaş narazıdırsa, suç yönətimdədir” deyib mollaların yanan ürəyini dağlayır. Nə deyəcəklər? Prezidentdir…
Təbrizin nəbzi Təbriz Tacirlər Birliyi dünən açıqlama yayıb. “Biz kənar təsirlərlə körüklənən heç bir addıma qatılmayacağıq” yazaraq Tehran başda fars bölgələrini bürüyən etirazların daxili proses olmadığını bildirib, öz qazdıqları quyuya düşən farslara əl uzatmayacaqlarını rəsmən deyiblər. Əlləri ağrımasın…
Şahın oğlu da okeanın o tayında balaqlarını çırmalayıb… Gəlirmiş… Hara? Gora??? Haydı, gözləyirik…
Aygün Muradxanlı
TEREF

