Səlahəddin Atabəy Nur əd Din Zənginin ailəsində böyümüş və birbaşa ona tabe olmuşdur
5-01-2026, 00:08

Məlum olduğu kimi, Səlahəddin Atabəy Nur əd-Din Zənginin ailəsində böyümüş və birbaşa ona tabe olmuşdur. Səlahəddin, ən azından, türk-oğuz mühitində böyümüşdür və sonuncunun türk dilində danışdığına və birbaşa Atabəyə tabe olduğuna dair etibarlı dəlillər mövcuddur.
Sizə Səlahəddinə bir neçə dəfə yoldaşlıq etmiş Üsamə ibn Münqidin "Tərbiyə kitabı" salnaməsindən bir parça təqdim edirik:
"Beş və ya altı atlımız Dəməşq ordusu tərəfindən görülmək üçün sığınacaqdan çıxdılar və sonra divarların arxasına qayıtdılar; beləliklə, onları orada pusqu qurduğumuza inandırdıq. Səlahəddin vəziyyətimiz barədə məlumat vermək üçün atabəyin yanına bir atlı göndərdi. Birdən gördük ki, təxminən on atlı tələsik bizə yaxınlaşır. Qoşunlar bir-birinin ardınca arxalarınca hərəkət edirdilər. Onlar bizə yaxınlaşdılar və məlum oldu ki, qabaqda gedən atabəydir və ordu onun izi ilə gedir.
Atabəy Səlahəddinin etdiyi hərəkətə görə narazı qalıb ona dedi: "Otuz atlı ilə Dəməşq darvazalarına yaxınlaşdın ki, səni məğlub etsinlər ey Məhəmməd". O, onu danlamağa başladı, amma onlar türkcə danışırdılar və mən onların sözlərini başa düşmədim.
Ordunun ilk sıraları bizə çatanda Səlahəddinə dedim: "Əmr etsəniz, yeni gələn bu əsgərləri götürüb qarşımızda duran Dəməşq atlılarının yanına keçib onları qovacağam." Səlahəddin cavab verdi: "Nə bu, nə də digəri. Atabəyin xidmətində olduğum müddətdə mənə belə bir məsləhət verən adam deyəsən atabəyin mənə necə davrandığını eşitməyib." Əgər ulu Allahın mərhəməti, frankların qorxusu və hiyləgərliyimiz olmasaydı, düşmən bizi mövqelərmizdən vurub çıxaracaqdı.
Azərbaycan türkü
TEREF

