Tarkan ata yurdu Sivasın bölgələrində məktəblərin tikintisi üçün 22 milyon dollar ianə edib
7-01-2026, 00:09
Türkiyənin məşhur pop müğənnisi Tarkan ata yurdu Sivasın bölgələrində məktəblərin tikintisi üçün 22 milyon dollar ianə edib. Bu vəsait 15 məktəb binası, laboratoriya, kitabxana və idman zallarının tikintisinə sərf olunacaq. Nəticədə 30 min şagird yeni məktəblərdə, yeni siniflərdə təhsil alacaq, yaradılan yeni infrastrukturdan istifadə edəcək. Bu barədə müğənni özü Yeni il ərəfəsində Sivasda verdiyi konsert zamanı elan edib. Təkcə sivaslılar deyil, bütün Türkiyə Tarkana minnətdarlığını bildirərək “Türkiyə səninlə fəxr edir, sən bu Vətənin vicdanısan” mesajını yazıb. Tarkan özü isə “anam mənə “bir gün varlansan, hara mənsub olduğunu unutma!” demişdi. Tarkan kövrələrək “Bu uşaqlar mənim uşaqlığımdır. Mən də bu tozlu yollarla, yamaqlı ayaqqabı ilə məktəbə getmişəm. Bu məktəb binaları mənim uşaqlığa borcumdur!”. Nəsibə Babayeva. TEREF