Türkmanlarda "Azərbaycan həsrəti": Əslim Qarabağlıdır, .. Bağdad yolu Gəncədi,..
15-01-2026, 17:04
Gəncədən və Qarabağdan ayrı düşən türkman qardaşlarımız! Kərkük bölgəsində iyirmidən çox xoyrat melodiyası var: bəşiri, nobatçı, yolçu, əhməddai, kəsük, ağam-ağam, qarabağı, aldanə, iskəndəri, bayatı, qızıl və s. İraq türkmənlərinin bir qisminin Qarabağlı kökünə aid olmasından bəhs edən bu xoyratlardan (folklor dördlüklərindən) birini təqdim edirik (Səfəvilərin və Əfşarilərin köçürmə siyasətini xatırlatmaq kifayətdir): Əslim Qarabağlıdır Sinəm çarpaz dağlıdır Kəsilib gəlib-gedən Demək yollar bağlıdır Burada isə bəzi İraq türkmənlərinin Gəncədən olmasını göstərir. “Gəncədən Bağdad yolu” xoyratı buna sübutdur: Bağdad yolu Gəncədi, Gülü pəncə-pəncədi. Demə sizdən irağam, Bu sevda ölüncədı. Və ya burada: Harda bir qərib görsən, Elə bil, Gəncəlidi. Türkiyəli alim və araşdırmaçı doktor Mustafa Özkan "İrak Türkmen Atasözleri Üzerine Bir İnceleme" adlı əsərində yazır: "Marağalı Azərbaycan türkləri olan İraq türkmənlərinin bir hissəsi Şah İsmayıl tərəfindən İrana köçürüldü. Bundan başqa, Azərbaycan türklərinin İraqa köçürülməsində Nadir şahın rolu böyük olmuşdur”. İstinad: turantoday.com