Azərbaycanın görkəmli dövlət xadimi, Ağqoyunlu hökmdarı Uzun Həsən 1478-ci ilin bu günü həlak olub
8-01-2026, 00:07
Azərbaycanın görkəmli dövlət xadimi, Ağqoyunlu hökmdarı Uzun Həsən 1478-ci ilin bu günü həlak olub. O, 1423-cü ildə indiki Türkiyə torpaqlarındakı Diyarbəkir rayonunda dünyaya gəlib. Muş vuruşmasında (1467) Cahanşahı məğlubiyyətə uğradan Uzun Həsən Qaraqoyunlu dövlətinə son qoyaraq, Mahmudabad döyüşündə isə Əbu Səidə qalib gələrək Teymurilər dövlətini zəiflədib. Azərbaycan və fars torpaqlarının da daxil olduğu geniş bir ərazini öz hakimiyyəti altında birləşdirib, paytaxtı Təbriz olan böyük Ağqoyunlu dövlətini yaradıb. 45 yaşında hakimiyyətə gələn Uzun Həsən ölkənin iqtisadi həyatını dirçəltmək və vergi toplanmasını nizama salmaq üçün xüsusi “Qanunnamə” hazırlayıb. Uzun Həsən tarixdə həm də mədəniyyət hamisi olaraq tanınır. (1423-1478) Əli İbrahimov TEREF