X Ə T A Y İ V Ə XATAYLAR

25-02-2026, 12:04           
X  Ə  T  A  Y  İ   V  Ə  XATAYLAR
XATAYLAR Ön Asiyanın çox qədim və elitar nəsillərindən biridir. Onların bir hissəsi e.ö.lV minilliyin sonlarında Anadoluda, bir hissəsi ÇİNİN şimalında yurd salmışdı. Xataylar Avrasiyada dövlətlər qurub mədəniyyətlər yaradanda hələ Avraamla Moisey dünyaya gəlməmişdi. Avropa mənşəli nesililər xatayları MƏĞLUB etdilər, ancaq özləri mədəni cəhətdən çox aşağı səviyyədə olduqlarından tez bir zamanda xataylaşdılar, Xatay tanrılarına tapındılar, özlərini Xatay adlandırdılar. Şah İSMAYIL Xətayinin əcdadları Anadoludakı xataylardandır. Əmir Teymur İldırım Bayazidlə döyüşdən sonra onların bir hissəsini Ərdəbildə və Təbrizdə yerləşdirmişdir. Sənan Azər 1942-ci ildə nəşr olunan İran Türkləri kitabında yazır ki,15 MİN XATAY ailəsi Ərdəbildə və civarında, 40 mini Təbrizdə yaşayır. Ön Asiyanın qədim mixiyazılı mətnlərində xatayların adı Xate, Keta, Xatay, Kitay formalarında yazıya alınmışdır. Bu gün ruslar Çinə qədim bir Türk xalqının adı ilə KİTAY deyirlər. Çinlilər isə özləri özlərinə Kitay demirlər. Azərbaycan və Çin kitaylarının antropoloji quruluşu monqollara qədər eyni idi. HƏR İKİ xalqın nümayəndələri ağ üzli, qızılı saçlı, fiziki cəhərdən çox güclü gözəl adamlar idilər. Çindəki xataylar monqollaşana və mancurlaşana qədər Şah İsmayıla bənzəyən gözəl adamlar idilər. Xatayların bir hissəsini URARTU çarları e.ö.782-ci ildə Anadoludan İrəvan çuxuruna köçürmüşdülər. Mixi yazılı mətndə deyilir: Həmin il Xate ölkəsini tutub, 6 min 6 yüz adamı yeni saldığım İrebuni şəhərinə köçürdüm. Erməni kilsə salnaməçiləri onların MAHALINI Xatay, bəzən də Kitay adlandırırdılar. Sonra o adı Ktayk formasında yazıb tarixçilərin diqqətini yayındırdılar.

Şəkildə qardaş Türkiyədə HATAY adlandırılan mahalın bir abidəsini görürsünüz. Avropa tarixçiləri xatayları xettlərdən fərqləndirmək üçün onlara XATTI deyirlər. Ancaq belə bir gerçəkliyi inkar edə bilmirlər ki, onların dili qrammatik quruluşuna görə Türk dilləri kimi iltisaqi olmuşdur. Onu da DANA bilmirlər ki, Xatti dilində yüzlərlə Türk sözü var idi. Xataylar Türk dillərində olduğu kimi pələngə bars, qadına am, kişiyə er, HÖKMDARA xan, kahinlərə baq, göyə gök, yerə yir, suya suv deyirdilər. Xatayların Anadoluda Kızıl İrmak çayı boyunda Baq Şuşa, Barsxan, MAMA, am kuva, Samux, Sapunova, Kuman adlı şəhərləri var idi. Həmin şəhər adlarının hamısı Türk etnonimlərindən ibarətdir. Güman edirəm ki, biz nə zamansa vətənimizə Ərəb ağzı ilə AZƏRBAYCAN yox, AZƏR YURDU deyəndə Türk qardaşlarımız HATAY mahalına XATAY deyəcəklər.
İLHAMI CƏFƏRSOY.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru