"Cənubi Azərbaycanda Giğamış adlanan ərazidən bir qabın üzərində bütöv bir ansamblın təsviri tapılmışdır."

25-02-2026, 15:04           
"Cənubi Azərbaycanda Giğamış adlanan ərazidən bir qabın üzərində bütöv bir ansamblın təsviri tapılmışdır."
"Cənubi Azərbaycanda Giğamış adlanan ərazidən bir qabın üzərində bütöv bir ansamblın təsviri tapılmışdır. Tapılan əşyaların təhlili belə deməyə əsas verir ki, burada hansısa hökmdarın ailəsindəki şənlik qeyd olunub. Bir tərəfdə tavada yemək gətirənlərin təsviri, digər tərəfdə Qoşanağaraya bənzər alətdə ifa edən şəxsin, digər tərəfdə əlində saz tipli musiqi aləti tutan ozan, bir şəxsin keçibuynuzunu (indiki Zurna kimi) üfürməsi, xanəndənin isə əlini qulağına qoyub oxumağının təsviri görünür. Bu təsvirlərin yaşı azı 5 min ildir. Başqa qazıntılar zamanı isə qədim şumerlərə məxsus əlində qavalabənzər alət tutan xanəndə təsvirləri də tapılıb.Məlumdur ki, sazı yaradan və ifa edən etnos türklərdir. Bundan başqa Cənubi Azərbaycan ərazisində- qədim Manna dövləti dövrünə aid əlində saz tipli alət tutan şəxslərin də təsvirləri tapılıb. Bütün bunlar sübüt edir ki,bizim mədəniyyətimiz nə qədər qədimdir, o qədər də dəyişməyib, istər dəfn adətləri olsun,istər məişət, istərsə də təsərrüfatda".
Abbas Seyidov, tarix üzrə fəlsəfə doktoru, professor.
"Dünyanın ən qədim mədəniyyətini və sivilizasiyasını yaratmış şumerlər Misir fironlarından daha qədimdir. Şumerlərin mənşəcə türk olması sübuta yetirilsə də bəzi Avropa alimləri bunu qəbul etmək istəmirlər".
David Rohl, Britaniyalı alim, tədqiqatçı, arxeoloq .
“Şumer adında xalq və dil olmayıb, bunların hamısı məqsədli şəkildə uydurmadır. Onlar, yəni mixi yazılarının yaradıcısı Türklərdir. Avropalı və digər alimlər bütün dünyanı çaş-baş salırlar, amma çox gözəl bilirlər ki, mixi yazilarının dili təmiz Azərbaycan və Türkiyə türk dilinin vahid, yəni hələ ləhcələrə ayrılmamış versiyasıdır. Di gəl ki, ayaqlarından da assan, heç biri onu türkə verməz. Necə ki, Avropalılar Persiyada min ildən çox türk şahlığını qəbul edə bilmir. Əslində onların hamısının bir dərdi var : Nə olur – olsun, bütün gerçək tarixi hadisələr türkün yox “Hind-İran-Avropa”nın olsun”.
Tariyel Azərtürk, Amerikada yaşayan azərbaycanlı alim, fəlsəfə doktoru, türkoloq, tədqiqatçı.
«Fransız alimi E.Rekli də bu fikirdədir ki, şumerlərin dilində İran və semit dillərinə xas olan cizgilər yoxdur, əksinə Turan və Ural-Altay dilləri ilə birbaşa qohumluq var.
Türk alimi Ahmet Cavat isə birmənalı şəkildə yazır: «Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilib. Şumerlər haqqında ən yeni və mötəbər əsər nəşr etdirən Vooley şumerlərin morfoloji cəhətdən «əski türkcəyə bənzər» bir dildə danışdığını qəbul edir. «Şumerlər türkdür, şumerlərin türk olduğu məsələsinin çoxlu sübutları var. Bizi bu qənaətə gətirən iki ən güclü sübut vardır: 1) dil sübutu, 2) geoloji və arxeoloji sübut».
Tanınmış şumerşünasların bir çoxu şumerlərin iskit-türk mənşəli xalq olduğunu təsdiqləyirlər. Məşhur şumerşünas alimlər M.Belitski, D.Reder, E.Reklü, F.Qommel, Vooley və b. şumerlərin türklərlə genetik qohum olduqlarını qeyd ediblər. Dmitri Reder yazır: «Şumerlərin dili ayrıca bir dildir. Bizə məlum dil ailələri ilə onu bağlamaq, hələlik əsaslı və mübahisəsiz nəticələr verməyib. Yalnız onu qəti demək olar, o, iltisaqi dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox türk dilləri ilə müqayisə edilə bilər».
Aydın Mədətoğlu Qasımlı , fəlsəfə doktoru , türkoloq. (Türklər kitabından).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru