TARİXÖNCƏKİ ARALIQ DƏNİZİ TÜRKLƏRİ

20-02-2026, 00:01           
TARİXÖNCƏKİ ARALIQ DƏNİZİ TÜRKLƏRİ
"Türk və Anadolu* Türk dili yunan və latın dillərindən qabaq mövcud idi. Türkün yaratdığı sərvəti nəzərə almadan Aralıq dənizi tarixinin anlamaq çox müşkül məsədir"
N.Y. Marr
* Sirləri ilk açan tədqiqatçı kimi mən, "QƏRB OĞUZ TÜRKCƏSİ" deyərdim. Oralarda Azərbaycan Oğuz türkcəsi dominant olub.
***

Marrın uzaqgörənliyinə skeptik yanaşanlar içərisində təkcə Türkü əhatə edən xalqların elm və ictimaiyyət nümayəndələri deyil, elə özümüzünkülərin də çox olduğu üçündür ki, həm də “Aralıq dənizi irqi” adlandırılan Türkün tarixöncəsi izlərini sularda və sahillərdə axtarmaq heç kəsin ağlına da gəlmədi, yadına belə düşmədi.
Çoxları, çoxları üçün “Tarixöncəsi” termini ilə "Türk" sanki qovuşmaz sinkretik məfhumlardır.
Tarixöncəsi hara, Türk hara??? (akademiklər İqrar Əliyev, Ziya Bünyadov və başqaları - elə hamısı !).
Amma biz “Tarixöncəsi” terminini kimyəvi məfhum kimi anlasaq, problem o qədər də yoxuş görünməz.
Avropa elmi ictimaiyyəti üçün - “Tarixöncəsi” epoxa – yunan və latınların tarix səhnəsində meydana çıxdıqları dövrdən qabaqkı eralardır. O.K.
Məlumdur ki, bu xalqlar həmin səhnədən qabaq da mövcud idilər. Amma onlar yaradıcı potensiallarını, Qumilyovun təbirincə desəm, passionarlıqlarını, yeni torpaqlarda, yeni Günəş altında, yeni rüzügarda, məhz yeni coğrafi mühitdə “ifraz" etməyə başladılar”.
Balıq dənizdən üzüb çaya girəndən sonra suya kürü tökən kimi…
Latınlar və yunanlar da ~3 min il qabaq Balkanlardan hücum çəkib Aralıq dənizi sahillərində məskən salandan sonra "kürülərini" boşaltdılar.
Və Avropa üçün tarix Aralıq Dənizi Türklərindən sonrakı o dövrlərdən başlayır – haradasa 2500-2800 il bundan qabaq.
Ondan qabaqkı tarix Avropa tarixi deyil.

(Amma u uzaq tarix – dünənimizlə belə maraqlanmayan – bizimdir!..).
Deyilənə görə, latınlar və yunanlar Balkan yarımadasının şimalında, haradasa Rumıniyada doğulmuş xalqlar olublar. Və birincilər eradan əvvəl 1000-ci illərdə Adriatik dənizini keçib (indi bizim NAP qaz borumuz keçən kimi) şərqdən Apenninə; ikincilər (yunanlar) təxminən 200 il sonra quru yolla cənuba hücum edib, torpaqları orada yaşayan türklərdən qoparıblar.
Apennində 2500 il əvvəl Roma; Elladada (Afina olan coğrafi ərazi), yəni qədim Pelasq türklərinin şəhəri olmuş ATENA (AFİNA) elə o dövrlərdə qüdrətə mindikdən sonra Avropa üçün YENİ TARİX başlayır.
Əsası Etrusk qardaşları Romul və Rem tərəfindən qoyulmuş Roma və Afinanın yeni əllərdə dirçəliş anı Avropa mədəniyyətinin və özünüdərkinin dirçəliş anıdır. Odur ki, ondan qabaqkı dövr (min illər boyu) Avropanı qəti maraqlandırmır. Çünki onda özü yox idi.
Mövzu ona görə gündəmdə olmayıb. Gündəmdə deyil. Və biz yazılı materiallar əsasında oraları “türkləşdirəndən” sonra iş tamam olmayacaq. Avropanın yanan şama olan indiki məhəbbəti öləziyib tez sönəcək.
Ancaq hələlik yunanların vaxtilə zəbt etdikləri Lemnos, Kipr, Krit adalarında aşkar edilən, ancaq yunana məxsus olmayan yazılı daşlar Avropa alimlərinin hisslərini qıcıqlandırmaya bilmir.

Sakit deyillər:
“Axı bu nə deməkdir?!” – deyib, hamısı başını tutur. Bu yazıları yunan olmayan əlifbada və dildə bu daşlara qazıyan bu yerlərin aborigenləri kimlər olub?!"
300 ildir baş sındırırlar. Cavab yox. Sadəcə əlifbasını deşifrə edirlər, fəqət mətnləri oxuyub anlaya bilmirlər. Və dəli olurlar.
BAX BURADA Türk dilini əla bilmiş görkəmli dilçi alim MARR-ın hissedici reseptorlarının həssaslığı sayəsində uzaqgörən Nəbiliyi öz sözünü deyir:
“Türkün tarixə verdiyi töhfəni nəzərə almadan (‘ey bəşəri ərənlər dünyası!’) Aralıq dənizinin tarixini anlamaq çox müşkül məsələdir!..”
300 ildir! Aralıq Dənizi adalarında (Kipr, Krit, Ögey dənizindəki Lemnos) yunandan qabaq qazılmış və Apennində latından qabaqkı yazılar – dünya olmasa da, hər halda Avropa dəqiq elmi ictimaiyyətinin müşkülünə çevrilib.
Heç kim bu yazılara açarı Türkdə axtarmır. Əlahəzrət Marrı sayan da yoxdur. Heç bizim “bəşəri ərənlərdən” də… Niyə "alim elə deyib - Türkə bu qədər dəyər verib?!" heç düşünən də yoxdur.
Budur, daş səthinə Kiprin xarabalığı qalmış Amathus şəhərində qazılmış yazı 300 ildir dilsizdir (şəkil 1). Çünki heç bir avropalı mütəxəssis daşı öz dilində danışdırmır. Amma u türkcə danışır və məhz Ete Elindən köç edib yaxınlıqdakı Kipr adasında düşməndən müvəqqəti sığınacaq tapmış TÜRK ANASI qabaqdan İtaliyaya getmiş qohum-qardaşının dalınca səfər etməyə hazırlaşan oğluna özüylə aparacaq şeylərini qablaşdırmaq üçün MƏRFƏŞ toxuyur.
DAŞ BELƏ DEYİR.
Bu daş Ete eli-Kipr- Etruriya (İtaliya) yol üstündə qoyulmuş
SƏMT DAŞIDIR - YOLAYRICINDA TİKİLİ DAŞIDIR (Nüvədidə elə bu adda, bu rəngdə belə birisi var idi) SIMT DAŞIDIR
QİBLƏ DAŞIDIR - ETE ELLİNİ YENİ ETE ELİNƏ - İTALİAYYA APARAN DƏNİZ YOLUNU GÖSTƏRİR.
Amathus yazılı daşı. 300 ildir susur. İndi-indi bizim əlimizdə danışır yazıq.
Yazıların sirlərini anlamaq üçün özlərini öldürənə qədər yunan və latın açarlarından istifadə edir avropalılar, fəqət qapılar (Türkün qapıları) nə Aralıq dənizində, nə Turan dənizi sahillərində -Etrusk Etruriyasında açılmır ki, açılmır.
Çox avropalı alim gileylənir:
“EY BU BOYDA SİVİL DÜNYA YARATMIŞ ETRUSK (ETE TÜRK- T.A.) KAŞ SƏNİN DİLİNİ ANLAYA BİLƏYDİK!..
KAŞ BİLƏYDİK HANSI İZOLE OLMAYAN DİLDİR SƏNİN BU ŞİRİN DİLİN..."
_____________________________
Aşağıdakı xəritədə yunan və latınlardan qabaq Aralıq və Tirren (Turan) dənizində mövcud olmuş TÜRK varlıqları göstərilir. Hamısının da yazılı qəbaləsi mövcuddur. Burada və xəritədə heç nə Türkə sonsuz sevgimin məhsulu deyil, ey məni “fantaziya yaradan” adlandıran paxıl mürüvvətlər…
ARALIQ DƏNİZİNİN TARİXÖNCƏKİ (Latın və Yunanlardan qabaqkı tarix) TÜRKLƏRİ:
1. Pelasqia I – ölkəsinin PALAZÇI (Palaza bürünən) əhalisi (Ellada)
2. Pelasqia II - ölkəsinin PALAZÇI (Palaza bürünən) əhalisi
(Lemnos adası, Türkiyənin şimali-qərbi
3. Kara – Caria – Türkiyənin Ağ dənizə baxan cənubi-qərbi
4. Ete Eli – Adana-İskəndərun-Osmaniyyə-Bayırbucaq (Suriya) – Killik dənizinin hər üç sahili
5. Eteokipr – Kipr adası
6. Eteokrit – Krit adası
7. Etrusk və Turan dənizi – Florensiya (İtaliya)
Və yunanların ekspansiyasından pərən-pərən düşmüş türklərin qərbə və şərqə miqrasiyası (qırıq xətlərlə) xəritəsi. (Xəritədə ideya mənimdir – ©)
Xəritə 1 – Tarixöncəki (yunanlardan, latınlardan qabaqkı dövr) Aralıq dənizi Türkləri
Aşağıdakı sxemdə (Cədvəl 1), məlum xalqlar və millətlərlə yanaşı, indiyə qədər elmə məlum olmayan cəmləşmiş türk etnik qruplarının da adları verilir. Türk xalqları ilə yaxından məşğul olan türkologiya elmi onları heç vaxt öz səhifələrində işıqlandırmamışdır. Onlardan heç xəbəri də yoxdur. Və bir də üç min ilə yaxındır Türkü sıxışıdırıb çıxarıb və yerində - Roma-Avropa-Yunan triadası (üçlüyü) və ya oxu yaratmış u оykumenə türk necə baş uzatsın?
Amma bu üçlükdən qabaq u sular oykumenində aşağıdakı Turanlılar hökmranlıq edirdilər:
Ete-El türkləri
Kipr türkləri və ya Ete-Kiprlilər
Ete-Kritlər
Etrusklar.
Tariyel Azerturk
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru