"Skiflər, gizli qalan kök atalarımız"
21-02-2026, 00:02

"Dünyada ilk Turan imperiyası Azərbaycanda qurulmuşdur və böyük bir konfederasiya şəklində idi, quranlar da Saklar idi. Sak türk dövləti e.ə 665-ci illərdə Azərbaycanda qurulsa da, sərhədləri Tunaya, Anadoluya, Trakyaya, az qala Fələstinə və Misirə qədər uzanırdı. Herodotun yazdığına görə e.ə. 625-ci ilə qədər Saklar bütün Anadoluya hakim idi və bu dövlət o dərəcədə qüdrətli idi ki, bütün Asiya dövlətlərindən vergi alırdı. Əlifbanı, yazını, pulu ilk istifadə edən türklər Saklar olub. İlk Türk əlifbası isə Sak əlifbasıdır.Törəni yazılı hala salan ilk türklər Saklar olub.İlk Türk hökmdarı Sakların qurucusu Targıtay, davamında isə Alpər Tunqadır. Oğuz Xaqan isə Oğuznamələr ilə Alpər Tunqanın yerinə qoyulan şəxsdir. Dünyada jilet, şalvar, kəmər, toqqa ilk dəfə Saklar tərəfindən yaradılıb və istifadə olunub.Hippokrat ve Herodot Türklərin uzun müddət at üstündə durub döyüşə bilmək üçün şalvar geydiyini yazır. Strabon isə yazırdı ki, farslar belə geyimləri, at çapmağı türklərdən öyrənmişdilər. Anadoluya ilk gələn türklər də Sakların bir qolu olan Hititlərdir. İlk atlı köçəri Türk uygarlığı da Saklardır.Tarixdə atı ilk əhlləşdirən, sonralar isə İrana və Misirə aparan da Saklardır. İlk yazılı Türk milli tarix qaynağı Balkanlardakı Sak yazıları, sonra da Orxon kitabələridir
"1453-cü il İstanbulun ilk fəthi deyil,
1071-ci il "Anadolunun fəthi deyil” geri alınışı, Sakların geridönüşüdür.".
(Gəncəli Kirakos/Erməni Tarixi-1265)
Zatən türklər geri gələndə artıq Şamanizmdən Xristiyanlığa keçmiş Qaramanlar, Qıpçaqlar, Ərmanşahlar Anadoluda idi".
Bəxtiyar Aydın
Eski Çağ Tarix Uzmanı, Türkiyə
("Skiflər, gizli qalan kök atalarımız" kitabı)
"Bizim ən qüdrətli dövlətlərimizdən biri də Saka (İşquz) Dövləti olub (e.ə VII-V əsrlər). Amma heç kim bu barədə danışmaq istəmir, halbuki Herodot yazırdı ki, bu dövlət o dərəcədə qüdrətli idi ki, bütün Asiya dövlətlərindən vergi alırdı. "Kitabi-Dədə-Qorqud" dastanında belə yazılır ki, Dış Oğuzlularla İç Oğuzlular birləşib qalın (böyük) Oğuz Elini (Dövlətini) qurdular. Bu dövlət həmin dövlətdir. İşquz çarlığının ərazisi Güney Qafqazdan Urmiyə gölünə qədər uzanırdı".
Firudin Cəlilsoy, azərbaycanlı alim, türkoloq (Mənbə: Günaz tv youtube).
"Saklar/skiflər həm daxilən, həm də savaşda zəhmli, bədəncə fövqəladə möhkəmdir, onlar məğlubiyyət hissi yaşadan heç nəyi qəbul etmirlər, qalib gələndə isə şöhrətdən savayı heç nə ummurlar. Saklar/Skiflər 3 dəfə Asiya üzərində hökmranlığa nail olmuşdular. Onlar Fars çarı Dariusu rüsvayçı şəkildə Skifyadan qovmuş, Kiri bütün qoşunu ilə birlikdə öldürmüş, ordu başçısı Zorizonu əsgərləriylə birlikdə darmadağın etmişdilər. Bütün dünyanı romalılarla öz aralarında ikiyə bölən və Şərq üzərində hökmranlıq edən Parfiyalılar da saklarin/skiflərin törəmələridir. Bu onların dilindəki sözlərdən də məlumdur ".
Pompey Trog, Qədim Roma tarixçisi. I, II və III kitab.
Qeyd: Saklar Azərbaycan xalqının etnogenezində rol oynayan əsas türk etnoslarından biridir. Ərsak, Saktala, Saki (Şəki), Balasakan, Sakatlı, Sisakan, Naxçıvanda Sakarabad, Güney Azərbaycanda Sakan, Sakani, Sakene, Şaqali, Şakabad və s . toponimlər sak türklərinin adı ilə bağlıdır.
Azərbaycanlıların səhifəsi
TEREF

