Urmiya gölü ilə bağlı ŞAD XƏBƏR: Suyun səviyyəsi qalxır

23-02-2026, 11:44           
Urmiya gölü ilə bağlı ŞAD XƏBƏR: Suyun səviyyəsi qalxır
2026-cı ilin fevral ayında Urmiya gölündə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 62-68 santimetr artıb ki, bu da hidroloji şəraitin əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərir.

TEREF xəbər verir ki, bu barədə regional hakimiyyət orqanlarından məlumat verilib.

Şərqi Azərbaycan əyalətindəki Kənd Təsərrüfatı və Təbii Sərvətlər üzrə Elmi-Tədqiqat və Təlim Mərkəzinin rəhbəri Əhməd Baybordinin sözlərinə görə, suyun səviyyəsinin artması ilə yanaşı, gölün səth sahəsi də xeyli genişlənərək 870-900 kvadratkilometrə (ötən il 481 kvadratkilometr olub) çatıb.

Əhməd Baybordi bu müsbət tendensiyanı yağıntı səviyyəsinin uzunmüddətli orta göstəricisini 70-115 faiz üstələməsi, eləcə də çaya saniyədə təxminən 22 kubmetrə qədər su axını ilə əlaqələndirib.

O vurğulayıb ki, son iqlim şərtləri vəziyyəti yaxşılaşdırsa da, suyun mövcud səviyyəsi uzunmüddətli orta göstəricidən təxminən dörd metr aşağıda qalır./Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru