Türkiyə prezidentinin baş müşaviri: "Müğənni Hadise ölkənin beynəlxalq nüfuzuna zərər vurur"

23-02-2026, 17:24           
Türkiyə prezidentinin baş müşaviri:
Türkiyə prezidentinin baş müşaviri Oktay Saral müğənni Hadisenin UNICEF üçün hazırladığı videoda ölkənin adının Qəzza və Sudan kimi "yardıma ehtiyacı olan" bölgələr sırasında göstərməsinə sərt reaksiya verib.

"Türkiye Gazetesi" xəbər verir ki, Oktay Saral bu barədə sosial şəbəkə hesabında paylaşım edərək Hadisenin UNICEF kampaniyası çərçivəsində səsləndirdiyi fikirləri qəbuledilməz adlandırıb.

O.Saral bildirib ki, Hadisenin Türkiyəni Qəzza və Sudanla eyni cümlədə "yardıma möhtac ölkə" kimi təqdim etməsi doğru yanaşma deyil. Onun sözlərinə görə, Türkiyə özü böhranlı bölgələrə yardım edir və bu cür ifadələr reallığı əks etdirmir.

Baş müşavir qeyd edib ki, Türkiyəni müharibə və aclıqla mübarizə aparan ölkələrlə eyni kateqoriyaya salmaq ölkənin beynəlxalq nüfuzuna zərər vurur.

Qeyd edək ki, Hadise UNICEF üçün hazırladığı Ramazan kampaniyası videosunda həmrəylik mövzusuna toxunub. Müğənni videoda "Türkiyədən Qəzzaya, Sudandan Afrikaya, uşaqlar iftar süfrəsində ümidə ehtiyac duyur" ifadələrini işlədərək izləyiciləri yardım etməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru