Türk alimləri Ay və Mars torpağına oxşar mühitdə pomidor yetişdiriblər

24-02-2026, 12:44           
Türk alimləri Ay və Mars torpağına oxşar mühitdə pomidor yetişdiriblər
Türk alimləri Ay və Mars torpağına oxşar mühitdə pomidor yetişdiriblər
Türkiyə alimləri Ege Universitetində həyata keçirilən və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən dəstəklənən layihə çərçivəsində Ay və Mars torpağına bənzər mühitdə pomidor yetişdirməyə nail olublar.

Tədqiqatlarda ABŞ-dən gətirilən Ay və Mars regolitinə bənzər materiallardan istifadə olunub.

Növbəti mərhələdə pomidorların keyfiyyəti və streslə əlaqəli molekulyar mexanizmlər araşdırılacaq.

Araşdırma Ay və Marsda qurulması planlaşdırılan koloniyalar üçün regolitlərin kənd təsərrüfatına yararlı hala gətirilməsinə töhfə verməyi hədəfləyir./Azərtac/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru