Osmanlı Sultanı Qızılbaş Şahı Hüseynə nə üçün təşəkkürnamə göndərdi?

25-02-2026, 07:15           
Osmanlı Sultanı Qızılbaş Şahı Hüseynə nə üçün təşəkkürnamə göndərdi?
1696-cı ildə Osmanlı İmperiyasının Avstriya və Rusiya ilə mübarizəyə başının qarışdığından istifadə edən Bəsrədəki Huveyzə tayfası üsyan edərək, şəhəri işğal etdi.
Osmanlı imperiyasının bu çətin vəziyyətində Səfəvilər köməyə gəldi və Şah Hüseyn Bəsrəni bu tayfanın əlindən alaraq açarları Rüstəm xan adlı səfiri ilə Ədirnədə olan Sultan Mustafa II-yə göndərdi.
Bu qaragün dostluğu böyük məmnuniyyətlə qarşılandı və səfir qonaqpərvərliklə və təriflərlə qarşılandı. Bundan əlavə, Rüstəm xan geri qayıdarkən bəylərbəyi rütbəli keçmiş Rəis-ül Küttab mühasib Mehmet bəy, şaha minnətdarlığını bildirən məktubla səfir təyin edilmiş, ağır hədiyyələr birlikdə Səfəvi hökmdarının yanına göndərilmişdi.
P.S. Gördüyümüz kimi Osmanlı-Səfəvi münasibətlərində bu cür gözəl hallar da baş vermişdi. Qızılbaş şahları həmişəki kimi özlərini ən gözəl şəkildə göstərmiş oldular.
İstinad: İsmail Hakkı Uzunçarşılı, Osmanlı Tarihi, C. 3, s. 250./ Cihat Aydoğmuşoğlu, Safevi Devleti, s. 135.
Məmmədtağıbəy Nağıbəyov
Milli Kimlik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru