Dünya elminə, qıtlığa yardım: Elxanlı İmperiyası savaşları yarıb uzaqlara əl uzatdı (1307)

26-02-2026, 07:34           
Dünya elminə, qıtlığa yardım: Elxanlı İmperiyası savaşları yarıb uzaqlara əl uzatdı (1307)
Dövrünün institutu
O zaman ki, insanlar səfalət, fəqirlik və xəstəlik içində idi. Bu dövrdə Elxanlı (Ilkhanate Empire) İmperiyası zirvəsində idi. Karvan yollarının üzərindəki bu məmləkət əlbəttə, dünyadan bixəbər deyildi.
İmperator Qazan Xan hakimiyyəti illərdində dövrün məşhur alimi, həkimi Vəzir Fəzlullah Rəşidəddinə bir göstəriş verir - həm elmi-bilimi yayacaq, həm çarəsiz insanlara yardım edəcək bir mərkəz. Bu qərardan sonra dövrün ən böyük və tanınmış şəhərlərindən Təbrizin mərkəzində "Rəbi Rəşidi" kompleksi tikilir.
Bura Gürcüstan, Trabizond, Rum, Osmanlı, Bizans, Qızıl Orda, Krım, Məmlük, Dehli, Yuan Çini, Çağatay, Oman, Macarıstan, Həbəşistan, Arakan və başqa ölkələrdən, hətta uzaq İrlandiyadan dəstəyə, həkimə və ya elmə ehtiyacı olan insanlar karvanlarla gəlirdi.
Tibb, təhsil, mədəniyyət, ibadət mərkəzləri vardı. kimi məmləkətlərdən gələnlər burada xəstəliklərini sağaldır, gənclər yeni elmlərə yiyələnir, fəqir-füqəra insanlar fərqli sənət sahələrində çalışırdı (xərrat, rəsm, xalı-xalça, sikkəxana, əczaxan, dəyirman və s.). Çoxlu dəyirmanlar və taxıl anbarları vardı və ac, kimsəsiz insanların, xəstə yaşlıların, yetim uşaqların yaşaya biləcəyi evlər belə. Burada 30 min ev vardı. Hətta arxivlərdə orada çalışanların aldıqları maaşlar da günümüzə gəlib çatıb.
Burada tibb, coğrafiya, astronomiya, həndəsə, fizika və s. sahələrdə elm alan gənclər yenidən öz məmləkətlərinə geri dönür, xalqına xidmət edirdilər. Anadolu, Yunanıstan, Balkanlar, uzaq Asiya, Tibet, Hind, Avropa, Afrika və başqa yerlərdən tələbələr var idi.
Hansı ki, qarnı ac və ya xəstə insanlar çarəsizlikdən bura gün güzəran görmək üçün, sağlam qalmaq üçün gələrdi və qapı hər kəsə açıq idi. Hətta qışda qalmağa yeri olmayanlar. Karvanlarla buranı görənlər öz məmləkətlərində tanıdır, insanlar bunu coşquyla qarşılayırdı. Bu mərkəz on minlərlə insanların həyatda qalmasına səbəb oldu. Burada oftalmoloq kimi ən həssas sahələrin cərrahları, həkimləri vardı.
Hətta zamanla müttəfiq və ya uzaqlardan hökmdarlar (Avropa, Afrika, Asiya) Elxanlı İmperatorlarına imzalı məktubları və ya səfirləri vasitəsi ilə təşəkkür göndərər, qəlblərində dərin iz buraxan yaxşılıqları əsla unutmayacağını bildirirdilər...
Dünya Türkləri Birliyi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru