Ağa Məhəmməd şah Qacar Ramazan bayramı münasibətilə Tehranda toplaşmış təbəələrinə türk dilində müraciət edir

27-03-2026, 10:04           
Ağa Məhəmməd şah Qacar Ramazan bayramı münasibətilə Tehranda toplaşmış təbəələrinə türk dilində müraciət edir
“Nəhayət, münasib an yetişdi. Meydanda falqonetlərdən atəş açıldı və kök şah enderundan tələsik çıxdı, özünəməxsus yöndəmsiz, yırğalanan addımlarla gəlib taxta əyləşdi. O, vaxtilə babasına məxsus olmuş bahalı qızıl parça xalat geyinmişdi və başındakı persiyalı [qacar] papağına qədər qiymətli daş-qaşlarla bəzənmişdi.
Sonra onun pişxidmətbaşısı möhtəşəm bir qəlyan gətirdi və Əlahəzrət guya ondan çəkməyə başladı.
Şah bir neçə kəlmə [Britaniya səfiri] Henry Ellis ilə danışdı və daha sonra türk dilində [anasının qardaşı Allahyar Khan Davallu Qajar – Asef-üd-Dövlə]yə müraciət etdi.
Şah ölkədəki sabitlikdən, xarici siyasətin sülhpərvər xarakterindən danışdı və İngiltərə ilə dostluğunu xüsusi vurğuladı.
Asef isə şahın hər sözündən sonra “bəli, bəli” deyə gur səslə təsdiq edirdi. Şah nitqini bitirdikdən sonra o da yenə türk dilində uzun bir çıxışla cavab verdi.”
Mənbə: Journal of a residence in northern Persia and the adjacent provinces of Turkey – Charles Stuart.
Milli Kimlik
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru