ABŞ-nin dövlət sistemlərinə genişmiqyaslı HÜCUM: Vaşinqton Pekini günahlandırır

Bu gün, 12:18           
ABŞ-nin dövlət sistemlərinə genişmiqyaslı HÜCUM: Vaşinqton Pekini günahlandırır
Çin ABŞ dövlət qurumlarına hücumlar həyata keçirmək üçün haker qrupunu maliyyələşdirib. Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA), ABŞ Federal Ehtiyat Sisteminin (FED), Energetika Nazirliyinin, Ədliyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin serverləri və ABŞ Senatının sistemləri sındırılıb.

OxuBu barədə ABŞ Ədliyyə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

ABŞ hakimiyyətinin məlumatına görə, söhbət Çinin "Nanjing Xinjiuwei Network Technology Company" şirkəti üçün çalışan QTFY haker qrupundan gedir.

"Federal hüquq-mühafizə orqanları ÇXR tərəfindən zərərli proqram təminatının istifadəsini araşdırıb və onun qarşısını alıb. Bu, Çin Xalq Respublikası tərəfindən maliyyələşdirilən ayrı-seçkisiz haker fəaliyyətinin qarşısının alınmasına yönəlmiş bir sıra texniki əməliyyatların son mərhələsi olub", - deyə ABŞ baş prokuroru Todd Blanş bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]