Hande Erçel sərbəst buraxıldı

28-03-2026, 00:12           
Hande Erçel sərbəst buraxıldı
İstanbulda “narkotik” istintaqı çərçivəsində hava limanında saxlanılan türkiyəli aktrisa Hande Erçel sərbəst buraxılıb.

Bu barədə “Sözcü” məlumat yayıb.

Bildirilib ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaqla əlaqədar axtarışda olan aktrisa Çağlayandakı İstanbul Məhkəməsinə gətirilib. İfadəsi alındıqdan sonra saç və qan nümunələri götürülməsi üçün

Məhkəmə Tibbi Ekspertiza İdarəsinə aparılıb. Saç və qan nümunələri verdikdən sonra Erçel sərbəst buraxılıb.

Xatırladaq ki, saxlanma qərarı çıxan Hande Erçel təhsil səbəbi ilə xaricdə idi.

Qeyd edək ki, istintaq çərçivəsində 14 nəfər saxlanılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru