Bələdiyyə sədri biabırçı vəziyyətdə tutuldu — Hoteldən belə çıxarıldı

28-03-2026, 11:44           
Bələdiyyə sədri biabırçı vəziyyətdə tutuldu —
Türkiyənin Uşak Bələdiyyə sədri Özkan Yalım Ankarada qaldığı otel otağında keçirilən əməliyyatla saxlanılıb. İstanbul Respublika Baş Prokurorluğunun göstərişi ilə həyata keçirilən bu əməliyyat rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və tenderlərə fırıldaq qarışdırma ittihamlarını əhatə edir.

TEREF xəbər verir ki, Ankara, Uşak və Kocaelidə eyni vaxtda keçirilən reydlər zamanı Yalım da daxil olmaqla ümumilikdə 11 şübhəli saxlanılıb.

Əməliyyatın ən çox diqqət çəkən məqamı bələdiyyə sədrinin Ankara “Crowne Plaza” otelində, yanında 21 yaşlı bələdiyyə işçisi S.A. ilə birlikdə yaxalanması olub. İstintaq materiallarına görə, Özkan Yalım bələdiyyə büdcəsi və tenderlər üzərindən genişmiqyaslı korrupsiya şəbəkəsi qurub. İddia olunur ki, o, əldə etdiyi qanunsuz vəsaitləri və əmlakları müsadirə olunmaqdan qorumaq üçün sürücüsü Cihan Arasın adına keçirib./demokrat.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]