Tarixi faktlar miflərə qarşı: Arran və Azərbaycan vahid məkan kimi

Dünən, 12:04           
Tarixi faktlar miflərə qarşı: Arran və Azərbaycan vahid məkan kimi
Təəccüblüdür ki, bu günə qədər bəziləri israrla Arranı — yəni Araz çayının şimalında yerləşən Azərbaycanın tarixi-coğrafi bölgəsini — Azərbaycan olmadığı iddiasını irəli sürürlər. Halbuki tarixi mənbələrdə bu ərazi Azərbaycanın tərkib hissəsi kimi göstərilir və onun əsas şəhəri olan Bərdə də Azərbaycan şəhəri kimi qeyd olunur.
Arazın hər iki sahilində yaşayan əhali vahid etno-coğrafi və mədəni mühitdə inkişaf etmiş, qarşılıqlı əlaqədə olmuş və bütöv bir toplum kimi formalaşmışdır.
Məsələn, X əsr ərəb tarixçisi əl-Yəqubi özünün Kitab əl-Buldan adlı əsərində yazır:
“Azərbaycanın kənd dairələrinə bunlar daxildir: Ərdəbil, Bərzənd, Vərtan, BƏRDƏ, Şiz, Sərat, Mərənd, Təbriz, Miyane, Urmiya, Xoy və Salmas.”
Digər tərəfdən, Abbasilər dövrünün görkəmli coğrafiyaşünası, tarixçisi və dövlət xadimi Qudama ibn Cəfər özünün Kitab əl-Xəraç əsərində qeyd edir ki, Azərbaycanın vilayətləri arasında Ərdəbil, Mərənd, Cəbravan və Vərsan yer alır və paytaxt şəhər Bərdədir.
Beləliklə, bir sıra orta əsr müəllifləri Arran ilə Azərbaycan arasında sərt sərhəd çəkmir, bu bölgələri vahid məkan kimi təqdim edirdilər.
Bu hal onunla izah olunur ki, müxtəlif dövrlərdə həmin ərazilər eyni dövlətlərin tərkibində olmuş, ümumi iqtisadi, mədəni və siyasi sistem daxilində fəaliyyət göstərmişdir.
Milli Kimlik
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru