Türkiyədə ailə faciəsi: Valideynlərini qətlə yetirib intihar etdi

Bu gün, 12:18           
Türkiyədə ailə faciəsi: Valideynlərini qətlə yetirib intihar etdi
İstanbulun Üsküdar rayonunun Küçüksu məhəlləsində dəhşətli hadisə yaşanıb.

32gun.az bildirir ki, Barbaros Paşa küçəsində yerləşən "Güzel Sefakent" yaşayış kompleksində baş verən hadisə zamanı D.I. adlı şəxs hələlik məlum olmayan səbəbdən valideynləri ilə mübahisə edib. Mübahisənin qızışması nəticəsində D.I. silahla anası 67 yaşlı B.I.-nı və atası 67 yaşlı H.I.-nı ağır yaralayıb, daha sonra isə həmin silahla özünə atəş açaraq intihar edib. Hadisə yerinə gələn polis və təcili tibbi yardım əməkdaşlarının ilkin müayinəsi zamanı hər üç şəxsin hadisə yerində vəfat etdiyi müəyyənləşib. Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb, meyitlər isə Məhkəmə Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru