"Nə olursa olsun, Kürü keçmək içində olsun" – Hacı Çələbiyə aid olunan bir kəlamın tarixi
6-05-2026, 09:14
Bir vaxtlar Gəncə xanı Gürcü çarı tərəfindən əsir götürülmüşdü. Şirvan, Şəki, Qarabağ və Gəncənin bütün xanları və bəyləri Kürün sol sahilində, Mingəçevir keçidində toplaşaraq xanı necə azad etmək barədə məsləhətləşirdilər. Lakin bəylərin əksəriyyəti bu yürüşdə iştirak etmək istəmirdi; yalnız Şəki və Şirvan xanı Hacı Çələbi bir neçə nəfərlə birlikdə yürüşün tərəfdarı idi. Əleyhdar tərəfin rəhbərləri hörmətli ağsaqqal Hacı Çələbinin xətrinə dəyməmək üçün ondan xahiş etdilər ki, öz aralarında məsləhətləşməyə icazə versin. Hacı Çələbi onlara belə cavab verdi: "Gedin məsləhətləşin; ancaq qərarınız nə olursa-olsun, Kür çayını keçmək mütləq bu qərarların içində olsun." O vaxtdan bəri Hacı Çələbinin bu sözləri zərb-məsələ çevrilmişdir. Azerbaycan TEREF