Uruk (Ərağ) tayfa birliyi m.ö 8-ci minillik.

11-05-2026, 09:04           
Uruk (Ərağ) tayfa birliyi m.ö 8-ci minillik.
Ən azı 10 min əvvəl mövcud olmuş tayfa birlikləri Bəyliklər Uruk adlanırdı. Azərbaycanda tayfaları Bəylər idarə edirdilər. Bəylər isə öz aralarından seçki yolu ilə başçı seçirdilər. Türk Tayfalarının seçdikləri başçı El Bəyi, Elçi və yaxud Elçi Bəyi adlandırılırdı. Bu Dünyada ancaq Türklərə məxsus demokratik seçim idi. Dünyada ilk heyvandarliq, dəmiyə əkinçilik, əkinçilik və Şəhərsalma Prototürklərə aiddir.
İlkəl toplum (ibtidai icma) quruluşunda qohum oğuş (ailə) birlikləri şəklində formalaşan soylar (nəsillər) toplumu olaraq uruq (qəbilə) ayrıca soyadı, başçısı, bəlli ərazisi, inanc və tapınaq törəni, törəsi olan qurumlar idi. Burada soy böyükləri mühüm məsələləri çözmək üçün başçı ilə gənəşirdilər. Yurd yerlərini nadir hallarda tərk edən uruqlar qapalı mühitdə yaşayırdılar, evlənmə ilə qohumlaşan yaxın uruqlar arasında törən, köç, müdafiə məsələləri və digər problemlər müştərək həll edilirdi.
Həmin vaxta heç bir xalq dövlət qurmamışdı və əkinçiliklə məşğul olmurdular. 6000 il əvvəl Aratta = Ərata dövləti Cənubi Azərbacanda yarannmışdır. Aratta dövlətinə yaxın İkiçay arasına 5 min il əvvəl ilk dəfə Şumerlər köçmüşdülər. Aratta dövləti haqqında ilk yazılı mənbə Şumer dövləti tərəfindən Arattaa hökmdarına yazılmış məktubdur.Yeri gəlmişkən indiki ölkə adı İrak bu coğrafiyada yaranmış Uruk adı ilə bağlıdır.
Şimali İraqda da demək olar ki, cənubda olduğu kimi Hassun, Samarra, Qavra, Hələf və Ubeyd (Obeyd) dövrü mədəniyyətləri ayrılır. Sonda isə Cəmdət Nəsr dövrü Erkən sülalələr dövrü ilə əvəzlənir. Şimali İkiçayarası elmi ədəbiyyatda Yuxarı İkiçayarası adlanır. Burada erkən əkinçilik cəmiyyətləri e.ə. VI-IV minillikdə əhəmiyyətli inkişaf mərhələsinə çatmışdı. Bu zaman burada Hassun-Samarra və Hələf mədəniyyəti, daha sonra isə Şimali Ubeyd adlanan mədəniyyət təşəkkül tapmışdı. E.ə. IV minilliyin sonlarında müvəqqəti durğunluqdan sonra Aşağı İkiçayarasına aid şəhər tipli məskənlər meydana gəlir. Şumerin təsiri özünü burada açıq göstərir.
Təvəkgül Nəbioğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru