Ş İ R V A N Ş A H K Ə N G Ə R L İ L Ə R

Dünən, 11:54           
Ş  İ  R  V  A  N  Ş  A  H  K Ə N G Ə R L İ L Ə R
Şumer-Türk etnogenetik bağlarına ən dəyərli sübutlardan biri Kəngər xalqı haqqında mixiyazılı mətnlərdəki bilgilərdir. Çivi mətnlərdə onların adı ki-en-gir hecaları ilə yazıya alınmışdır. X əsr Bizans tarixçiləri kəngərləri döyüşkən Türk tayfalarından biri kimi təqdim edirlər. Konstantin Baqryanarodnı yazır ki, onlar döyüşdən qabaq kəngər bitkisinin özəyini soyub yeyər, coşaraq düşmənlərinin üstünə yeriyərdilər. Azərbaycan ədəbi dilində bu bitkinin adı qanqal formasında qalmaqdadır. Aşıq Ələsgərin şeirlərində isə o söz kəngər kimi işlənir. Bir qoşmasında ustad Ələsgər dəyişdiyi aşığa xitabən deyir.
Neçə aşıq qaçırmışam meydandan,
İstəyirsən bir-bir keçirim sandan.
Gəmirib kəngərdən, içib ayrandan
Coşub gərgədandan, fildən danışma.
Bu misralardan aydın olur ki, aşıqlar son zamanlara qədər deyişmədən qabaq kəngər yeyib üstündən ayran içirmişlər. Kəngərlilər Naxçıvanda xan oldular, bu barədə tarixçilərimiz məlumat veriblər. Ancaq onların Şirvanda şah olması haqqında ensiklopediyalarda məlumat yoxdur. Mən bu barədə ilk məlumata K.E.Bosfortun "Müsəlman sülalələri" əsərinin 1971-ci il nəşrində rast gəldim. Professor Bosfort yazır ki, kəngərlilər yəzdilərlə mübarizə şəraitində Şirvanı idarə edirdilər. Şirvanşah Yəzdilər daxilən Talmuda, zahirən Qurana tapınan insanlar idilər, bu barədə Sara Aşurbəyli məlumat verir. Ancaq o, kəngərlilər və onların Şumer-Türk mənşəyi barədə susur. Ona görə susur ki, AMEA-nın ruspərəst direktorlarının qəzəbinə düçar olardı. Şirvanın və Naxçıvanın kəngərliləri islamiyyətdən və xristianlıqdan çox qabaq bir-birindən ayrılaraq iki yerə bölünmüşdülər. Şirvanşah kəngərlilər İuda əsilli yəzdilərlə Şamaxıya gəlib çıxmışdılar. Yəzdilər kəngərliləri məğlub edib gürcülərlə birləşir, Azərbaycanın şəhərlərini, kəndlərini talan edirdilər.
Ona görə ki, Gürcüstanın hakim Baqration çarları onlar kimi yəhudi-yezid əsilli idilər. İudeyadan Şumerə gəlmiş, orada Kəngərliləri tabe edərək özləri ilə Şirvanda gətirmişdilər. Naxçıvanın və Anadolunun Kəngər alpları isə yunanlara, yəhudilərə tabe olmadılar, Azərbaycanın şanlı tarixinin bir dövrünü yaratdılar. Xətay nəslinin müdrik şahı İsmayıl bunları bilirdi, ona görə də Şirvandakı yezidlərə divan tuturdu. Hörmətli alimlərimiz! İndi nə Cuqaşvili Stalinin repressiyaları var, nə 37-nin qorxusu. Gəlin, sovet dönəmində diktə ilə yazdırılmış tariximizi yeni təfəkkürlə özümüz yazaq.
İlhami Cəfərsoy , Elmlər doktoru
Cemile Mardankızı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru