İranlı deputatdan BƏƏ-yə ŞOK TƏHDİD: "Bütün ərazilərini bizə verməli ola bilərlər"

Bu gün, 00:05           
İranlı deputatdan BƏƏ-yə ŞOK TƏHDİD:
İran parlamentinin deputatı Hüseynəli Hacı Deliqani Yaxın Şərqdəki son geosiyasi prosesləri şərh edərkən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı kəskin iddialarla çıxış edib.

Moderator.az bu barədə "Pars Today" agentliyinə istinadən xəbər verir.

O, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanmış səkkizbəndlik son razılaşmanın ABŞ-nin regiondakı strategiyasının uğursuzluğa düçar olmasının sübutu olduğunu bildirib.

"ABŞ-dən təhlükəsizlik satın almaq üçün neft gəlirlərindən doqquz trilyon dollar xərcləyən BƏƏ indi yeni reallıqla üz-üzə qalıb. Bu hadisələr fonunda BƏƏ İrana vurulmuş ziyanı ödəməlidir və hətta istisna deyil ki, onlar uzun illər ərzində bütün ərazilərini İranın sərəncamına verməli olacaqlar", - deyə iranlı parlamentari vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]