“Azərbaycan qədim “As” tayfalarının yurdudur,..."

12-06-2026, 11:54           
“Azərbaycan qədim “As” tayfalarının yurdudur,..."
“Azərbaycan qədim “As” tayfalarının yurdudur, bu tayfalar qədimdən Qobustan, Azərbaycan ərazisində yaşamış insanlardır. Bunu Azərbaycanda Qobustanda, Gəmiqayada tədqiqatlar aparmış ciddi dünya alimləri yazırlar. Onlar Azərbaycanı dünyanın əsas sivilizasiya mərkəzlərindən hesab edirlər. Hətta 19-cu əsr Amerika qəzetlərində də, çox sayda dünya səviyyəli filosof, alimlər də öz kitablarında yazır ki, bütün dünyanın kökü Azərbaycandan, Aslardan başlayır. Bunu mən demirəm onlar deyir, kitablarını da paylaşmışam.
Asların milli kimliyi məsələsinə gəldikdə isə bu Qobustanda tədqiqat aparan alimlərin tapdığı işarələrlə, tamğalarla sübut olunur. (Məsələn Qayı boyuna aid tamğalar) . Asların etnik kimliyini də həmin işarələr verir. Asiya adlanan ərazi də öz adını məhz Xəzər sahillərindən getmiş həmin tayfaların adından götürmüşdür. Bunu mən yox, İsveç, Norveç , Macar, Amerika alimləri araşdırıb üzə çıxarıblar. Onların ortaya qoyduğu nəticədir ki, Aslar indiki Azərbaycan əhalisinin ilkin əcdadları, kökü, prototürklərdir. Həmin As tayfaları buradan qayıqla Şərqə, Avropaya, Skandinaviyaya, Asiyaya da yayılıblar. Azərbaycan sözü də as yurdu, as xalqlarının yurdu deməkdir. Sonradan romalılar, yunanlar, ərəblər buralara hücum etdikdən sonra bu ad dəyişikliyə məruz qaldı. Sübut istəyirlərsə Səlyandakı Çadırlı kəndində yaşı 2000 ildən çox olan köhnə qəbirstanlıq var, ora baxsınlar görəcəklər. Belə sübütlar Gəmiqaya, Qobustanda da var".
Prof. Dr. Zaur Aliyev.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru