Türkün törəsi

Bu gün, 10:04           
Türkün törəsi
Bilgə Xaqan kitabəsində yer alan vəsiyyətində deyilir: “... Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə türk ulusunu, türk yurdunu, türk dövlətini, türk törəsini kim dağıda bilər ?!...”
Türk millətinin tarixində və mədəniyyətində Türk törəsinin önəmli yeri var. Hazırkı dönəmdə milli dəyərlər, mental dəyərlər və sairə kimid ediyimiz ifadələr əslində elə törənin özüdür. Daha doğrusu onların hamısı törənin bir hissəsidir. Yəni ki, törə türklərdə elə bir geniş anlamdır ki, türk qanunları, Türk milli dəyərləri, türk yaşam tərzi... hamısı törədə cəmləşir.
Törənin önəmli olmasının bir səbəbi də Türk adının anlamından irəli gəlir. Bu günə qədər aparılan etimaloji araşdırmaların nəticəsində Türk adının bir çox məna ifadə etdiyi görülsə də, əsas olaraq Türk adının “törəmək, törəli, güclü, qüvvətli” anlamları ifadə etdiyi daha çox qəbul edilmişdir. Bu səbəbdən də Türk adının mənasının içərisində yer alan törə qavramı mədəniyyətimizin ən qədim və ən önəmli ünsürlərindən biri olaraq dəyərləndirilməsi mütləqdir. Türklərdə törə elə vacib bir amildir ki, dövlətin başında duranlar belə törənin qaydalarına böyun əyirdilər. Çünki hər bir türk bilirdi ki, törəsu pozularsa, özü də, milləti də, dövləti də yox olar.
Türk millətini tarix boyu ayaqda saxlayan, yox olma təhlükəsi ilə üzləşdiyi dönəmlərdə yenidən doğulan, yıxılan bir dövləti yerində daha güclü bir dövlət qura bilməsi səbəbləri türkün törəsindən, təməlindən gələn ideyalarından – mübarizə, inam, düzgünlük, ədalət, mərhəmət, məzlumların yanında olmaq və digər bu kimi həyat prinsiplərindən qaynaqlanır.
Zaman –zaman türklərin çevrəsində onlara düşmən olan xalqların mövcudluğu türkləri hər an gələ biləcək təklükələrdən qorumaq üçün doğuluşundan ölümünə qədər yaşadığı dönəmini at belində , əlində qılınc savaş içində keçirməsi, hər cür təhlükəyə qarşı özünü qoruma instinkinin formalaşması, öz ideyalarına doğru daimə mübarizə aparması, bu yoldan dönməməsi türkün ayaqda qala bilmək prinsiplərinin önündə durur. Boşuna deyilməyib ki, türklər at belində doğular, at belində yaşayar, at belində ölər. Ancaq türklər heç zaman başqa xalqlara zərər vermək, onlara aid olanları əlinə keçirmək üçün savaşmadı. Türkün törəsində onlara qarşı qılınc çəkməyənlərə zülm etmək , savaşda aman diləyənləri , silahsızları, qocaları, uşaqları, qadınları.... öldürmək, yoxdur və hətta bu qanunu pozan türkün özünü də cəzalandırardılar. Türklər zəfər qazananda da kişi kimi qazanardı, məğlub olanda da kişi kimi məğlub olardı. Türklərin mübarizəni sona qədər aparması, məğlub olduqları dönəmdə də mübarizələrindən usanmaması, er-gec qalib gəlmək düşüncəsi və inamı ilə yaşaması, verdiyi sözü tutması, düzgünlüyü, mərhəməti, ədalətli olmasını onun düşmənləri belə heyranlıqla söyləyirdi. “Türkün sözü qanundur” , “ kişi sözü” ifadəsini də boşuna deməmişdilər. Bütün bunların cəmində “xəmiri” mübarizədən, düzlükdən, ədalətdən, mərhəmətdən, inamdan... “yoğrulan” türkün yaşamı, türk kimliyi ortaya çıxır. Bax budur türk törəsi və budur zaman-zaman türkü ayaqda saxlayan.
💙M.Afət












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru