Nigeriyada qorxunc hadisə: Qadını küçədə diri-diri yandırdılar

Bu gün, 12:08           
Nigeriyada qorxunc hadisə:
Nigeriyanın Maraban-Cos rayonunda yeniyetmələrdən ibarət kütlənin qadına qarşı amansız hücumu ölümlə nəticələnib.

"Daily Trust" nəşri xəbər verir ki, iki uşaq anası olan müəllimə vəhşicəsinə qətlə yetirilib.

Hadisə qadının işə, mühazirəyə getdiyi zaman baş verib. Bir qrup yeniyetmə onun arxasınca düşərək, onu uşaq oğurluğunda ittiham edib və döyüb. Polis əməkdaşları dərhal müdaxilə edərək zərərçəkəni bölməyə aparıblar. Lakin bir müddət sonra qəzəbli izdiham polis bölməsinə basqın edib. Onlar qadını zorla çölə çıxararaq diri-diri yandırıblar.

Hadisə zamanı asayiş keşikçiləri vəziyyətə nəzarəti bərpa etmək üçün xidməti silahdan istifadə etməyə məcbur olublar. İğtişaş iştirakçılarından biri yaralanıb.

Polis baş verənləri qanunun aliliyinə qarşı ağır cinayət kimi qiymətləndirib. Faktla bağlı bir neçə şübhəli şəxs saxlanılıb, digər iştirakçıların müəyyən edilməsi və tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru