Bakı bulvarı ilə bağlı ŞAD XƏBƏR - Bundan sonra istifadə ediləcək

Bu gün, 10:24           
Bakı bulvarı ilə bağlı ŞAD XƏBƏR - Bundan sonra istifadə ediləcək
Dənizkənarı Milli Parkda (Bakı bulvarı) yerləşən "Panorama" attraksionu təmir olunacaq.

TEREF xəbər verir ki, təmir işlərini Dənizkənarı Bulvar İdarəsi həyata keçirəcək.

Məlumata görə, layihənin ehtimal olunan dəyəri 407 610.47 manat təşkil edir.

Satınalma çərçivəsində attraksionun texniki vəziyyətinin qiymətləndirilməsi, təhlükəsizlik sınaqlarının aparılması, profilaktik yoxlamalar və zəruri təmir işlərinin görülməsi nəzərdə tutulur.

Həmçinin çarxın əyləc sistemləri, hidravlik silindrləri, hərəkət mexanizmi və nasos sistemlərinə il ərzində müntəzəm texniki xidmət göstəriləcək. Baku.ws












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru