İstefası barədə xəbərlər yayıldı - ABŞ ordusunun Avropa və Afrikadakı komandanının
Bu gün, 11:07
ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarının komandanı general Kristofer Donahyu bu yay istefaya gedəcəyini rəsmən bəyan etməyə hazırlaşır.
32gun.az yazır ki, "The Atlantic" jurnalının öz mənbələrinə istinadən yaydığı məlumata görə, generalın bu qərarı Müdafiə naziri Piter Heqsetin ordunun ali rəhbərliyində həyata keçirdiyi kadr islahatlarının birbaşa nəticəsidir. Cəmi 18 ay bu vəzifədə qalan Donahyunu gözlənilməz gedişi Pentaqondakı ciddi dəyişikliklərin növbəti siqnalı kimi qiymətləndirilir.
Nəşr qeyd edir ki, hərbi idarənin rəhbəri bu addımı ilə vaxtilə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasında əli olan şəxsləri komandadan uzaqlaşdırmağa çalışır. Xatırladaq ki, ABŞ qüvvələri 2021-ci ildə, ölkə tarixinin ən uzunmüddətli hərbi əməliyyatı olan "Sarsılmaz azadlıq" missiyasına başladıqdan 20 il sonra Əfqanıstanı tamamilə tərk etmişdi.