Sosial şəbəkələrdə və süni intellekt xidmətlərində kütləvi nasazlıq yaşanır - FOTO

Bu gün, 12:24           
Sosial şəbəkələrdə və süni intellekt xidmətlərində kütləvi nasazlıq yaşanır - FOTO
Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan "Meta"nın platformalarında, həmçinin populyar süni intellekt xidmətlərində kütləvi nasazlıq müşahidə olunur.

Oxu.Az xəbər verir ki, istifadəçilər "Facebook", "Instagram" və "WhatsApp" sosial şəbəkələri ilə yanaşı, "Grok", "Claude" və "OpenAI" platformalarına girişdə ciddi çətinliklərlə üzləşiblər.

Daha əvvəl "Claude" xidmətində genişmiqyaslı problemlər qeydə alınmışdı. Hazırda isə müxtəlif platformalarda istifadəçilər cavabların gecikməsi, sistemə girişin mümkünsüz olması və digər texniki problemlərdən şikayətlənirlər.

Hələlik sözügedən şirkətlər nasazlıqların səbəbləri ilə bağlı rəsmi açıqlama verməyiblər. Hazırda mütəxəssislərin problemlərin aradan qaldırılması istiqamətində intensiv iş apardığı ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru