251 saylı orta məktəbdə hər şagirddən 1800 AZN-ə yaxın pul yığılıb -Hər il eyni dərd, hər il eyni problem!

Bu gün, 11:44           
251 saylı orta məktəbdə hər şagirddən 1800 AZN-ə yaxın pul yığılıb -Hər il eyni dərd, hər il eyni problem!
Nizami rayonu, 251 saylı orta məktəbdə "Son zəng" üçün hər şagirddən üst-üstə 1800 AZN-ə yaxın pul yığılıb. 11-ci sinif rəhbərlərindən biri hətta votsap qrupu açıb, valideynlərdən alınan pulların çekləri qrupa atılır.
Restoran, rəqs, çəkiliş, dron, şarlar, gül-çiçəklər, vinetka və s.
Yenixeberorg.com: Bu haqda Kenul Aypara özünün FB səhifəsində yazıb. Müəllif daha sonra yazır:
Ən maraqlı məqam:
"Müəllimlərlə sağollaşma pulu" yığılıb.
Təsəvvur edin, 140 azn lik "sağollaşma" pulu!
Sanki pul yığılıb verilməsə, sağollaşmayacaqlar o şagirdlə.
Bir məqam da var:
"Son zəng" tədbiri üçün yığıncağın məkanı olaraq "Ay işığı" restoranı üçün hər şagirddən 150 AZN pul yığılıb.
Restorana zəng vuran valideynlərin biri deyir ki, adminstratorun özü şoka düşüb ki, bu rəqəm hardan çıxıb? Normal stol bir nəfər üçün 60-65 azn təşkil edir bizdə, sizdən niyə 150 azn yığılıb ki?!
İndi baxın, hesablayın 11-cilərdən nə qədər pul qazanıb müəllimlər də, direktor da. Hər sinifdə azı 25-30 şagird var, məktəbdə də 3-4 11-lər var.
Emin Əmrullayev ölçü götürün bu yesirlərinizlə! Hər il eyni dərd, hər il eyni problem! Təhsil qalıb kənarda, mənasız işlərlə məşğuldur işçiləriniz.
TEREF olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru